...

Avtomobil qəzası yanğına səbəb oldu

Hadisə Materials 3 Avqust 2015 00:41 (UTC +04:00)
Bakıda yanğınla nəticələnən avtomobil qəzası baş verib.
Avtomobil qəzası yanğına səbəb oldu

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bakıda yanğınla nəticələnən avtomobil qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda bir neçə avtomobilin toqquşması yanğınla nəticələnən yol-nəqliyyat qəzasına səbəb olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində Zaparoje markalı avtomobil deformasiyaya uğrayıb və yanıb.

Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində vəfat edib. Xilasedicilər A.Hüseynovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti