...

Taner Yıldız: Bakı-Tbilisi-Ərzurum qaz kəmərindəki partlayış terror aktıdır (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 4 Avqust 2015 15:55 (UTC +04:00)
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib.
Taner Yıldız: Bakı-Tbilisi-Ərzurum qaz kəmərindəki partlayış terror aktıdır (ƏLAVƏ OLUNUB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:01-də yayılıb)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib.

Trend-in "Anadolu" agentliyinə istindən verdiyi məlumata əsasən, partlayışın səbəbi məlum deyil.

Hazırda boru kəmərində qazın nəqli dayandırılıb.

Agentliyin məlumatına əsasən, hazırda partlayışdan sonra yaranan yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.

X X X

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə ərazisinə düşən hissəsində partlayışın baş vermə səbəbi kimi terror aktı istisna edilmir. Bu barədə Trend-ə Qars valisinin ofisindən məlumat verilib.

Bildirilib ki, partlayışdan sonra boru kəmərində qazın nəqli dayandırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda qaz kəmərinin partladılmış hissəsi bərpa edilir.

X X X

Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış qaz sızması nəticəsində baş verib və terror aktı deyil. Bunu Trend-ə boru kəmərinin keçdiyi Türkiyənin Qars vilayətinin valisinin ofisindən telefonla deyiblər.

Qeyd edilib ki, partlayışa səbəb boru kəmərindəki qaz sızması olub.

X X X

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətindən keçən hissəsində baş vermiş partlayış terror aktıdır.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti