...

Bakıda avtomobilində bıçaqlanan şəxsin qatili tutuldu

Hadisə Materials 7 Avqust 2015 14:42 (UTC +04:00)
Avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.
Bakıda avtomobilində bıçaqlanan şəxsin qatili tutuldu

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.

Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin o da müəyyən edilib ki, P.Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib.

Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti