...

Bakıda yaşayış binasında yanğın olub - 20 nəfər təxliyə olunub

Hadisə Materials 10 Avqust 2015 10:56 (UTC +04:00)
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə olunub.
Bakıda yaşayış binasında yanğın olub - 20 nəfər təxliyə olunub

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri 51 p.m yanıb.

Yanğın nəticəsində binadan 20 nəfər təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti