...

Yasamalda bina yanır (ƏLAVƏ OLUNUB 2)

Hadisə Materials 13 Avqust 2015 13:17 (UTC +04:00)
Bakının Yasamal rayonunda bina yanır.
Yasamalda bina yanır (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Bakının Yasamal rayonunda bina yanır.

Trend xəbər verir ki, bina Bakı Dövlət Universitetinin yaxınılığında yerləşir.

Hadisənin təfərrüatları barədə əlavə məlumat verəcəyik.

x x x

FHN-nin qaynar xəttindən Trend-ə bildirilib ki, yanğın "Vital" Klinikanın yerləşdiyi binada baş verib. Nazirlikdən verilən məlumata görə, hazırda yanğının baş verdiyi əraziyə FHN-nin yanğınsöndürən briqadası yola düşüb.

Yanğının hansı səbəblərdən baş verməsi və miqyası barədə hələlik məlumat verilmir.

x x x

Yasamal rayonunda məişət tullantılarının olduğu zibillikdə yanğın baş verib. Əsasən köhnə avtomobil şinləri yanıb. Bu barədə Trend-ə FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Yanğının iki yanğınsöndürən briqada tərəfindən söndürüldüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti