...

DİN Penitensiar xidmətin 4 əməkdaşının öldüyü qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 28 Avqust 2015 13:23 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Şəkidə Penitensiar xidmətin 4 əməkdaşının öldüyü yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
DİN Penitensiar xidmətin 4 əməkdaşının öldüyü qəza ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi Şəkidə Penitensiar xidmətin 4 əməkdaşının öldüyü yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 27-də saat 02 radələrində Şəki rayonunun İnçə kəndində şəhər sakini Elşən Əlizadə idarə etdiyi "Saipa Tiba" markalı avtomobili aşırmış, nəticədə sürücü və sərnişinləri, həmyerliləri Asif Sədiyev, Seymur Mustafayev, Araz Abdullayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında ölənlərin hamısı Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar müəssisəsinin əməkdaşları olub. Həmin vaxt onlar Qaxdan toy şənliyindən qayıdırmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti