...

Bakıda silah-sursat alverçisi həbs edilib

Hadisə Materials 28 Avqust 2015 13:34 (UTC +04:00)
Bakı şəhər sakini tüfəng və patron satarkən tutulub.
Bakıda silah-sursat alverçisi həbs edilib

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakini tüfəng və patron satarkən tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağasət Məmmədov qundağı və lüləsi kəsilmiş "TOZ-16" markalı tüfəngi və 3 ədəd patronu 400 manata satarkən tutulub.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti