...

Neftçalada avtomobil su kanalına düşüb, sürücü boğulub

Hadisə Materials 29 Avqust 2015 10:12 (UTC +04:00)
Neftçalada avtomobil su kanalına düşüb, sürücü boğulub.
Neftçalada avtomobil su kanalına düşüb, sürücü boğulub

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Neftçalada avtomobil su kanalına düşüb, sürücü boğulub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Neftçala rayonunda su kanalına "VAZ" markalı minik avtomobilinin düşməsi və içərisində 1 nəfərin olduğu barədə məlumat daxil olub.

Dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirmiş və su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər. Əməliyyat saat 08:48-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti