...

Heydər Əliyev Beynəlxalq Aeroportunda axtarışda olan şəxs tutulub

Hadisə Materials 29 Avqust 2015 16:05 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhədçilər axtarışda olan şəxsi saxlayıblar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda axtarışda olan şəxs tutulub

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhədçilər axtarışda olan şəxsi saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumatda görə, avqustun 26-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 20 nömrəli "Sankt-Peterburq-Bakı" aviareysi ilə ölkə ərazisinə 15.01.1933-cü il təvəllüdlü Cəlalov Ələsgər Bayram oğlunun adına olan pasportdakı məlumatları və fotoşəkli saxtalaşdırmaqla sərhəd nəzarətindən keçməyə cəhd göstərən 13.12.1986-cı il təvəllüdlü Masallı rayon sakini Kərimov Bahadır Ağaxan oğlu saxlanılıb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Bahadır Kərimov eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən də axtarışdadır.

Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti