...

Bu yay civənin dağılmadığı ev qalmadı

Hadisə Materials 31 Avqust 2015 18:03 (UTC +04:00)
Bakı şəhəri, Nizami rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Bu yay civənin dağılmadığı ev qalmadı

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Bakı şəhəri, Nizami rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 16:05-də başa çatıb.

Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 17:10-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti