...

Maştağada ağır yol qəzası baş verib - ölənlər və yaralananlar var

Hadisə Materials 1 Sentyabr 2015 14:00 (UTC +04:00)
Maştağa qəsəbəsində ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Maştağada ağır yol qəzası baş verib - ölənlər və yaralananlar var

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Maştağa qəsəbəsində ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 1-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi həmyerlisi Pərviz Hadıyevə məxsus "Priora" və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi "Man" markalı avtomobillə toqquşub. Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

P.Hadıyev 14-cü PB-yə ərizə ilə müraciət edərək "Priora" markalı avtomobilinin qaçırılmasını bildirib.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti