...

Ağcabədidə transformator yanıb

Hadisə Materials 1 Sentyabr 2015 14:39 (UTC +04:00)
Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.
Ağcabədidə transformator yanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elmir Murad/

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Salmanbəyli kəndində 35/10 kVt olan yarımstansiyada 1 ədəd gücü 4 kVt olan transformatorun yağı, sarğıları və ətrafına dağılmış yağ qalıqları 10 kv.m sahədə yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində yaxınlıqdakı 2 ədəd transformatorları yanğından mühafizə etmək mümkün olub.

Yanğın saat 09:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti