...

“Range Rover” dirəyə belə çırpıldı (FOTO)

Hadisə Materials 5 Sentyabr 2015 09:59 (UTC +04:00)
Gəncə şəhəri Heydər Əliyev prospektində 24 yaşlı Şəmkir rayon sakini Ruslan Nəsirov “Range Rover” markalı avtomobillə qəza törədib.
“Range Rover” dirəyə belə çırpıldı (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Gəncə şəhəri Heydər Əliyev prospektində 24 yaşlı Şəmkir rayon sakini Ruslan Nəsirov "Range Rover" markalı avtomobillə qəza törədib.

Trend Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, avtomobili yüksək sürətlə idarə edən sürücü sükana hakim ola bilməyib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü xəsarət almasa da, avtomobil yararsız vəziyyətə düşüb. Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və sürücü tibbi yoxlamadan keçrilib. Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti