...

Yeni Zelandiyada pələng qadını parçalayıb

Hadisə Materials 20 Sentyabr 2015 13:14 (UTC +04:00)
Yeni Zelandiyanın Hamilton şəhərindəki heyvanxanada pələng qadın əməkdaşa hücum edib.
Yeni Zelandiyada pələng qadını parçalayıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Yeni Zelandiyanın Hamilton şəhərindəki heyvanxanada pələng qadın əməkdaşa hücum edib. Hücum nəticəsində qadın həyatını itirib.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11:00-da baş verib. Hadisə zamanı heyvanxanadakı bütün ziyarətçilər təcili təxliyə olunublar. Əraziyə tibb işçiləri, polis və xilasedicilər cəlb edilib.

Heyvaxana çərşənbə axşamı gününə kimi ziyarətçilər üçün bağlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti