...

Gəncədə tikintidə çalışan fəhlə həlak oldu

Hadisə Materials 21 Sentyabr 2015 15:38 (UTC +04:00)
Bu gün günorta saatlarında Gəncədə fəhlə ölümü ilə nəticələnən hadisə baş verib.
Gəncədə tikintidə çalışan fəhlə həlak oldu

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Bu gün günorta saatlarında Gəncədə fəhlə ölümü ilə nəticələnən hadisə baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, tikinti işləri aparan zaman kimliyi hələ məlum olmayan kişi yıxılaraq dünyasını dəyişib. Mərhum ətrafdakıların köməyi ilə Gəncə şəhər TTYX-yə aparılsa da, yolda dünyasını dəyişib.

Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patologiya Birliyinin Gəncə şəhər şöbəsində müayinə olunur və kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti