...

Bakının 2 mənzilində sakinlər civə təhlükəsi ilə üzləşiblər

Hadisə Materials 22 Sentyabr 2015 01:27 (UTC +04:00)
Bakı mənzillərində sakinlər civə təhlükəsi ilə üzləşiblər.
Bakının 2 mənzilində sakinlər civə təhlükəsi ilə üzləşiblər

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bakı mənzillərində sakinlər civə təhlükəsi ilə üzləşiblər.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai və Sabunçu rayonlarında mənzillərdə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir.

Əməliyyatlar saat 21:00 və 23:40-da başa çatmışdılar.

Xəbər lenti

Xəbər lenti