...

Azərbaycan vergi ödəməkdən yayınan iş adamını beynəlxalq axtarışa verib

Hadisə Materials 22 Sentyabr 2015 13:06 (UTC +04:00)
Azərbaycanın hüquq-mühafizə orqanları vergi ödəməkdən yayınan iş adamını beynəlxalq axtarışa verib.
Azərbaycan vergi ödəməkdən yayınan iş adamını beynəlxalq axtarışa verib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycanın hüquq-mühafizə orqanları vergi ödəməkdən yayınan iş adamını beynəlxalq axtarışa verib.

Trend İnterpolun rəsmi saytına yerləşdirilən məlumata istinadən xəbər verir ki, vergidən yayınma və qanunsuz sahibkarlıq cinayətlərini törətməkdə ittiham olunan 1968-ci il təvəllüdlü Kazımov Azər Əkbər oğlu beynəlxalq axtarışa verilib.

(http://www.interpol.int/notice/search/wanted/2015-63663)

Qeyd edək ki, "MST Tikinti-Quraşdırma" MMC-nin rəhbəri olan 47 yaşlı A.Kazımovun 500 min manata yaxın vergi borcu olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti