Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Elmir Murad/
Sabirabadda bir nəfər çayda çimərkən batıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Ulacalı kəndində baş verib. Belə ki, kənd sakini Kür çayında çimərkən batıb. Batan şəxsin dalğıc-xilasedicilər tərəfindən axtarışları aparılır.