...

Xaçmazda ev yanıb

Hadisə Materials 24 Sentyabr 2015 15:14 (UTC +04:00)
Xaçmaz rayonunda vətəndaşa məxsus ev yanıb.
Xaçmazda ev yanıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Xaçmaz rayonunda vətəndaşa məxsus ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Moruqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konsturuksiyaları 140 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti