...

Bakıda sakinlər civə təhlükəsi ilə üzləşiblər

Hadisə Materials 3 Oktyabr 2015 23:07 (UTC +04:00)
Bakı mənzillərində sakinlər civə təhlükəsi ilə üzləşiblər.
Bakıda sakinlər civə təhlükəsi ilə üzləşiblər

Azərbaycan, bakı, 3 oktyabr /Trend/

Bakı mənzillərində sakinlər civə təhlükəsi ilə üzləşiblər.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda fərdi yaşayış evində termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 19:30-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 21:30-da başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti