...

Gəncə sakinini avtomobil vurub

Hadisə Materials 4 Oktyabr 2015 02:25 (UTC +04:00)
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Gəncə sakinini avtomobil vurub

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata əsasən şəhər sakin Sevil Qazıyeva küçəsi ev 36 da yaşayan 30 yaşlı Vüsal Əliyev yol keçmək istəyərkən "VAZ 21 07" markalı avtomobil tərəfindən vurulub.

Nəticədə adıçəkilən şəxs ətrafda olan insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya ilkin tibbi müdaxilə edilib və hazırda vəziyyəti stabildir. Polis isə hadisə yerindən qaçan avtomobilin sürücüsünü axtarır.

Sürücü hadisə yerindən qaçıb.

Xəbər lenti

Xəbər lenti