...

Balıq tutarkən batma təhlükəsi ilə üzləşdi

Hadisə Materials 4 Oktyabr 2015 03:17 (UTC +04:00)
Bakıda 1 nəfər batmaqdan xilas edilib.
Balıq tutarkən batma təhlükəsi ilə üzləşdi

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bakıda 1 nəfər batmaqdan xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayonunda göldə balıq tutarkən 1 nəfər boğulma təhlükəsi ilə üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 22:50-də başa çatmışdır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti