...

Mingəçevirdə həyətyanı sahələri və zirzəmiləri su basıb

Hadisə Materials 5 Oktyabr 2015 20:33 (UTC +04:00)
Mingəçevirdə yağan yağış fəsadlara yol açıb.
Mingəçevirdə həyətyanı sahələri və zirzəmiləri su basıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Mingəçevirdə yağan yağış fəsadlara yol açıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Mingəçevir şəhəri, Günəşli qəsəbəsində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.

Dərhal nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən həyətyanı sahələrə və zirzəmilərə yığılmış yağış suları su nasosları vasitəsilə çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti