...

Gədəbəydə iki avtomobil toqquşdu, xəsarət alan var

Hadisə Materials 5 Oktyabr 2015 23:02 (UTC +04:00)
Gədəbəyin Böyük Qaramurad kəndi ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Gədəbəydə iki avtomobil toqquşdu, xəsarət alan var

Azərbaycan, bakı, 5 oktyabr /Trend/

Gədəbəyin Böyük Qaramurad kəndi ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "Niva" ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində "Mercedes"-in sürücüsü 63 yaşlı İsa Quliyev yaralanıb. O, müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti