...

Bərdədə ev yanıb, bir nəfər xəsarət alıb

Hadisə Materials 6 Oktyabr 2015 09:59 (UTC +04:00)
Bərdədə yanğın hadisəsi baş verib.
Bərdədə ev yanıb, bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Elmir Murad/

Bərdədə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Mirzəxan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 58 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin yanğına dərhal müdaxiləsinddən sonra evin qalan hissələrini yanğından mühafizə etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti