...

Yevlaxda kanala düşən 3 yaşlı uşağın cəsədi tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 Oktyabr 2015 18:47 (UTC +04:00)
Yevlaxda bir nəfər kanala düşüb.
Yevlaxda kanala düşən 3 yaşlı uşağın cəsədi tapılıb (ƏLAVƏ OLUNUB)

Axtarışın nəticəsi barədə məlumat əlavə olunub (ilk xəbər saat 15:26-da yayılıb)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Yevlax rayonu, İsmayılabad kəndində Şor kanalında batmış 2012-ci il təvəllüdlü Əkbərov Ayxan Əbülfət oğlunun axtarışları başa çatıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, xilasedicilər A.Əkbərovun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

X X X

Yevlaxda bir nəfər kanala düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Yevlax rayonunda suvarma kanalına 1 nəfərin düşməsi barəsində məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş nazirliyin müvafiq xilasetmə qüvvələri axtarışlara başlayıb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti