...

Qazaxda ana doğuşdan sonra ölüb (FOTO)

Hadisə Materials 6 Oktyabr 2015 18:15 (UTC +04:00)
Yaxınlarının bildirdiyinə görə, övladını qeysəriyyə üsulu ilə dünyaya gətirən qadın həkim səhlənkarlığının qurbanı olub.
Qazaxda ana doğuşdan sonra ölüb (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Qazaxda ana ölümü qeydə alınıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ikinci övladını dünyaya gətirən 28 yaşlı Təranə Əsgərova doğuşdan sonra vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, övladını qeysəriyyə üsulu ilə dünyaya gətirən qadın həkim səhlənkarlığının qurbanı olub.

Əməliyyatdan sonra vəziyyəti ağırlaşan gənc ana paytaxt xəstəxanalarından birinə göndərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti