...

Göygöldə ağır qəza baş verib, 4 nəfər yaralanıb

Hadisə Materials 10 Oktyabr 2015 01:08 (UTC +04:00)
Göygöldə avtomobil körpünün beton maneələrinə çırpıldı, 4 nəfər yaralandı
Göygöldə ağır qəza baş verib, 4 nəfər yaralanıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Göygöldə avtomobil körpünün beton maneələrinə çırpıldı, 4 nəfər yaralandı.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Göygol rayonundan keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gəncə şəhər sakini 46 yaşlı Naməddin Babayev QAZ 24 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi Quşqara çayının üzərindəki körpünün beton maneələrinə çırpılıb.

Qəza nəticəsində sürücü və onun sərnişinləri - 25 yaşlı İlqar Rüstəmov, 29 yaşlı Vüqar Rüstəmov və 17 yaşlı Zəfər Hüseynov ağır bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-nın travmotologiya şöbəsinə çatdırılıblar. İlkin tibbi yardım göstərilən yaralıların vəziyyəti stabildir. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti