...

Bakıda cinayətkar qadın tutulub

Hadisə Materials 13 Oktyabr 2015 12:44 (UTC +04:00)
Bakının Binəqədi rayonunda cinayətkar saxlanılıb.
Bakıda cinayətkar qadın tutulub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakının Binəqədi rayonunda cinayətkar saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyyəsindən bıçaqla xəsarət yetirib.

A.Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Ramazanova tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti