...

Bakıda yol qəzası daha bir can aldı

Hadisə Materials 14 Oktyabr 2015 11:01 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda yol qəzası daha bir can aldı

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Azadlıq prospektində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi "London Taksi" markalı avtomobillə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub. H.Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti