...

Bakıda mağaza qarət olunub

Hadisə Materials 14 Oktyabr 2015 12:06 (UTC +04:00)
Bakıda Buzovna qəsəbə sakini Kamran Əliyevə məxsus mağaza qarət olunub.
Bakıda mağaza qarət olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda Buzovna qəsəbə sakini Kamran Əliyevə məxsus mağaza qarət olunub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Buzovna qəsəbə sakini Kamran Əliyevə məxsus mağazadan qapının şüşəsi sındırılmaqla pul, tütün məmulatları, ətir və şampunlar oğurlanıb.

Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qarəti törətməkdə şüihəli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Mirvaqif Məmmədzadə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti