Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elmir Murad/
Axtarışda olan Gürcüstan vətəndaşı Bakıda saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Nəbi Xubanov Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.
N.Xubanov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.