...

Tovuzda 14 yaşlı şagirdi avtomobil vurub

Hadisə Materials 30 Oktyabr 2015 00:28 (UTC +04:00)
Tovuzda 14 yaşlı şagirdi avtomobil vurub.
Tovuzda 14 yaşlı şagirdi avtomobil vurub

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Tovuzda 14 yaşlı şagirdi avtomobil vurub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib. Repititor yanından qayıdan Düz Qırıqlı kənd sakini, Mürsəl Məmmədovu yolu keçən zaman Şəmkir rayon sakini Arzu Əliyev idarə etdiyi "Vaz 21-011" markalı avtomobillə vurub. Sürücü dərhal yaralını Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti normaldır. Hadisə şahidlərinin sözlərinə görə, havanın dumanlı çiskinli olması sürücünün diqqətini yayındırıb və nəticədə qəza baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti