...

Lənkəranda həyəti su basıb, bir ailə evdə köməksiz qalıb

Hadisə Materials 1 Noyabr 2015 19:09 (UTC +04:00)
Lənkəranda evi su basıb.
Lənkəranda həyəti su basıb, bir ailə evdə köməksiz qalıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Lənkəranda evi su basıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, yağan intensiv leysan yağışlar nəticəsində Lənkəran rayonu, Şiləvar kəndində vətəndaşa məxsus evi və həyətyanı sahəni su basıb, bir ailənin 6 üzvü (3 uşaq, 3 qadın) evdə köməksiz vəziyyətdə qalıb.

Nazirliyin xilasediciləri əraziyə cəlb edilərək həmin şəxsləri təhlükəsiz əraziyə təxliyə edib, onlara müvafiq köməklik göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti