...

Gəncədə yolu keçən piyadanı maşın vurub

Hadisə Materials 11 Noyabr 2015 01:15 (UTC +04:00)
Gəncədə yol qəzası baş verib.
Gəncədə yolu keçən piyadanı maşın vurub

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Gəncədə yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə bu gün saat 22 radələrində şəhərin Natəvan qəsəbəsi ərazisində qeydə alınıb. Yolu keçmək istəyən piyada Gəncə şəhər sakini 25 yaşlı Vaqif Hümbətəliyevi avtomobil vurub.

Dərhal Gəncə şəhər TTYX-ya çatdırılan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti