...

Bakıda ağac 3 evin üstünə düşdü

Hadisə Materials 18 Noyabr 2015 01:22 (UTC +04:00)
Bakıda küləyin gücündən aşan ağac 3 evin üstünə düşüb.
Bakıda ağac 3 evin üstünə düşdü

Bakıda ağac 3 evin üstünə düşdü

Bakı. Trend:

Bakıda küləyin gücündən aşan ağac 3 evin üstünə düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı şəhərində əsən güclü küləyin təsirindən hündürlüyü 15-20 metr, diametri 1 metr olan ağac aşaraq 3 fərdi yaşayış evinin üzərinə düşüb.

Əraziyə cəlb edilmiş FHN xilasediciləri və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin əməkdaşları təhlükə yaradan ağacı xüsusi alət vasitəsilə kəsib, sakinlərin təhlükəsizliyini təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti