...

Silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb

Hadisə Materials 25 Noyabr 2015 11:41 (UTC +04:00)
Bakıda evlərdən silsilə qarət hadisələri törədən şəxs tutulub.
Silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb

Bakı. Elmir Murad - Trend:

Bakıda evlərdən silsilə qarət hadisələri törədən şəxs tutulub.

Bakı Şəhər Baş polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, tutulan şəxs noyabrın 14-də M.Fətəli küçəsində Nəsibə Məlikovanın evindən açıq qapıdan keçməklə 240 manat, Vidadi küçəsində Edilya Zöhrabovanın, Müjgan Atakişiyevanın, noyabrın 18-də isə H.Aslanov küçəsində Elşən Seyfullayevin evindən mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Əfrasiyab Əlimovdur.

Onu Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlamaq mümkün olub. Polisin apardığı araşdırmalar zamanı şübhəli şəxsin üzərindən 0,340 qram heroin aşkar olunaraq götürülüb. Keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 24-nə keçən gecə, Azərbaycan prospektində Rasim Qayınbəyova məxsus "Kia-Optima" markalı avtomobildən, şüşəsi sındırılmaqla içərisində bank kartları olan pul kisəsini, S.Tağızadə küçəsində Südabə Sədiyevanın mənzilindən içərisində 50 manat, qızıl-zinət əşyaları, bank kartları və sənədlər olan əl çantasını gizli yolla talayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti