...

Rusiyadan Azərbaycana gələn şəxsdə soyuq silah aşkarlanıb

Hadisə Materials 25 Noyabr 2015 12:53 (UTC +04:00)
Moskva-Gəncə aviareysilə gələn Azərbaycan vətəndaşı Mərdan Həsənovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq təsvirləri görünüb.
Rusiyadan Azərbaycana gələn şəxsdə soyuq silah aşkarlanıb

Bakı. Elmir Murad - Trend:

Moskva-Gəncə aviareysilə gələn Azərbaycan vətəndaşı Mərdan Həsənovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq təsvirləri görünüb.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, həmin baqaja təkrar yoxlama zamanı M.Həsənova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 2 ədəd bıçaq aşkar edilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 2 ədəd bıçaq - zavod üsulu ilə hazırlanan, kəsici-deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti