...

Ağstafada yol qəzası baş verib - ölən və yaralanan var

Hadisə Materials 25 Noyabr 2015 13:47 (UTC +04:00)
Ağstafa rayonunun Dağkəsəmən kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Ağstafada yol qəzası baş verib - ölən və yaralanan var

Bakı. Elmir Murad - Trend:

Ağstafa rayonunun Dağkəsəmən kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, kənd sakini Qabil Salıfovun idarə etdiyi "VAZ-21013" və Qazax rayon sakini Səyalı Mirzəliyevanın idarə etdiyi "Kia" markalı avtomobillər toqquşub. Nəticədə Q.Salıfov hadisə yerində ölüb, S.Mirzəliyevanın sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti