...

Rusiyadan qızıl gətirmək cəhdi baş tutmadı

Hadisə Materials 25 Noyabr 2015 19:23 (UTC +04:00)
Rusiyadan Azərbaycana qanunsuz yolla qızıl-zinət əşyaları keçirmək cəhdi baş tutmayıb.
Rusiyadan qızıl gətirmək cəhdi baş tutmadı

Bakı. Trend:

Rusiyadan Azərbaycana qanunsuz yolla qızıl-zinət əşyaları keçirmək cəhdi baş tutmayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun nəzarət zonasına daxil olan Azərbaycan vətəndaşı Rəşad Bəşirovun idarə etdiyi "Hyundai Sonata" markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin avtomobilin sükanının alt hissəsindəki boşluqda, polietilen bağlamada - sırğa, üzük və kulondan ibarət və ümumi çəkisi 172,85 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti