...

Nazirlik: Şahdağ Milli qoruğunda baş verən yanğının qəsdən törədildiyi ehtimalı araşdırılır (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Noyabr 2015 13:19 (UTC +04:00)
Şahdağ Milli qoruğunda yanğın baş verib.
Nazirlik: Şahdağ Milli qoruğunda baş verən yanğının qəsdən törədildiyi ehtimalı araşdırılır (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Şahdağ Milli qoruğunda yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonu, Tüləkəran kəndində Şahdağ Milli qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 20 ha sahədə yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

x x x

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də gecə saat 24 radələrində Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində noyabrın 26-da səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.

Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib.

Qeyd edək ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır.

Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti