...

FHN 4 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı

Hadisə Materials 27 Noyabr 2015 16:37 (UTC +04:00)
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
FHN 4 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı

Bakı. Elmir Murad - Trend:

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Veyisli kəndində (rayon mərkəzindən 10 km aralı) iki "VAZ" markalı minik avtomobilinin toqquşub.

Hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobillərdən 1962-ci il təvəllüdlü Ələsgərov Ələsgər Qurban oğlu, 1991-ci il təvəllüdlü İsmayılov Saday Bəxtiyar oğlu, 1976-cı il təvəllüdlü Rzayev Yaşar Əmiraslan oğlu və İsmayılov Nofəl Kərim oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti