...

Daşkəsən sakini dərmandan zəhərlənib

Hadisə Materials 30 Noyabr 2015 22:20 (UTC +04:00)
Daşkəsən sakini dərmandan zəhərlənib
Daşkəsən sakini dərmandan zəhərlənib

Bakı. Trend:

Daşkəsən sakini dərmandan zəhərlənib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Daşkəsən rayon Qabaqtəpə kənd sakini 19 yaşlı Sabrina Alıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Ona ilkin tibbi yardım göstərilib və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər. Bildirildiyinə görə, Sabrina Alıyeva səhvən dərmanı həddən artıq dozada qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti