...

Gədəbəydə avtomobil aşıb, xəsarət alan var

Hadisə Materials 2 Dekabr 2015 03:32 (UTC +04:00)
Ötən gün Gədəbəy rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Gədəbəydə avtomobil aşıb, xəsarət alan var

Bakı. Trend:

Ötən gün Gədəbəy rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobilin yoldan çıxaraq körpüdən aşması nəticəsində rayon sakini 18 yaşlı İlyas İsmayılov, 27 yaşlı Ayxan Ələkbərov və 19 yaşlı Gəncə şəhər sakini Nərmin Hüseynli ağır bədən xəsarətləri ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına ordan isə Gəncə şəhər TTYX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

Hər 3 xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti