...

Yeni ilin ilk günü daş karxanasında yanğın olub, bir nəfər yanaraq ölüb

Hadisə Materials 5 Yanvar 2016 13:04 (UTC +04:00)
Bakıda daş karxanasında yanğın olub.
Yeni ilin ilk günü daş karxanasında yanğın olub, bir nəfər yanaraq ölüb

Bakı. Samir Məmmədov - Trend:

Bakıda daş karxanasında yanğın olub. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 1-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən daş karxanalarından birində baş verib.

Ümumi sahəsi 14 kvm. olan yardımçı otaqda yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada usta işləmiş Ağcabədi rayon sakini Abbas Aslanovun yanmış meyiti tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti