...

Daş karxanasında bir nəfərin yanması ilə bağlı cinayət işi açıldı

Hadisə Materials 5 Yanvar 2016 17:45 (UTC +04:00)
Daş karxanasında baş vermiş yanğın nəticəsində bir nəfərin ölməsi faktı ilə əlaqədar cinayət işi açılıb.
Daş karxanasında bir nəfərin yanması ilə bağlı cinayət işi açıldı

Bakı. Trend:

Daş karxanasında baş vermiş yanğın nəticəsində bir nəfərin ölməsi faktı ilə əlaqədar cinayət işi açılıb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən "Gülbaxt" daş karxanası kompleksində fəaliyyət göstərən "Kristal" MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş verib və həmin otaqda 1968-ci il təvəllüdlü, Ağcabədi rayon sakini, "Kristal" MMC-də usta işləmiş Abbas Aslanovun yanmış meyiti aşkar edilib.

Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti