Bakı. Trend:
Masallı rayonunda kabel oğrusu saxlanılıb. Trend Daxili İşlər NAzirliyinin saytına istinadən məlumat verir ki, fevralın 3-nə keçən gecə Masallı rayonunun Səmidxan kəndində "Aztelecom" MMC-yə məxsus işlək vəziyyətdə olan yeraltı rabitə kabelinin 250 metrlik hissəsi kəsilərək oğurlanıb.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini İlqar Mustafayev tutulub.