...

Kürdəmir sakinini qətlə yetirməkdə şübhəli bilinən iki şəxs tutulub

Hadisə Materials 6 Fevral 2016 17:23 (UTC +04:00)
Kürdəmir rayon sakini Xanlar Nadirovu qətlə yetirməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Kürdəmir sakinini qətlə yetirməkdə şübhəli bilinən iki şəxs tutulub

Bakı. Trend:

Kürdəmir rayon sakini Xanlar Nadirovu qətlə yetirməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Trend bu barədə Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış tədbirlərlə qətlə yetirilənin Kürdəmir rayon sakini Xanlar Nadirov olması müəyyən edilmiş və hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulmuş, daha 1 nəfər isə müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti