...

Quldurluq etmiş Ağcabədi sakini tutulub

Hadisə Materials 6 Fevral 2016 17:47 (UTC +04:00)
Quldurluq etmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.
Quldurluq etmiş Ağcabədi sakini tutulub

Bakı. Trend:

Quldurluq etmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Trend bu barədə Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.

Bildirilir ki, fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini, orada tanımadığı 3 nəfərin ona hədə-qorxu gələrək 240 manatını almalarını, yenidən pul gətirməyəcəyi tədqirdə öldürəcəkləri ilə hədələmələrini, fevralın 4-də isə daha 100 manat tələb etmələrini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti