...

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Hadisə Materials 7 Fevral 2016 04:08 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşub
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakı.Trend:

Bakıda iki avtomobil toqquşub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda "Saipa" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Saipa" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti